beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaldiq Nigaran...

Dedin-bağlansam da ,sevə bilmirəm,
Dostluq ayrı şeydir,ürək ayrıdır..
Səninlə sevgimi bölə bilmirəm,
Necə ki meh ayrı,külək ayrıdır..

Ağır olsa belə,barışdım mən də,
Anladım sevgimdə sahil göründü,
Bağladım sevgimi,qaldı dünəndə,
O artıq nə sabah,nə də bu gündür..

Bu həsrət dağında dumanda,çəndə,
Sən dostu itirdin,mənsə sevgimi,
İlk dəfə yad idik biz görüşəndə,
Ayrıldıq yüz iilik tanışlar kimi..

Demə,bağlanmışıq bir-birimizə,
Sən mənə dost kimi,mənsə yar kimi,
İndi bəs nə cürə yaraşsın bizə?
Görüşək adicə tanışlar kimi..

Gözlərin hər yanda gəzərdi məni,
Mənimsə ürəyim səni arardı,
Haçan tapışırdıq,bizdə gülən göz,
Bir də arzu dolu şən ürək vardı..

İndi həsrət qadıq bir-birimizə,
Bu vecsiz dünyaya axı nə deyim?
Bir şirin gülüşü çox gördü bizə,
Sənin gözün ağlar,mənim ürəyim...

Mənə bağışladın xatirələri,
Mən sevib ürəymi vermişdim sənə,
Sənə öz xatirən dönməyir geri,
Mənimsə ürəyim qayıtmır mənə..

Dostu sən itirdin,sevginisə mən,
Bizi necə çəkdi sınağa zaman?
Beləcə sevgilim mən ürəyimdən,
Sənsə xatirəndən qaldın nigaran!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi şerləri