beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadina Mektub...

Sizin qizinizla gorusuruk biz,
Gedirik gah yolla, gah kenar izle,
Bunu men bilirem, siz bilmirsiniz,
O gelir sizin oz icazenizle..
Telebe yoldasi, refiqesi var,
İsi de cox olur, bezen dersi de,
Menem qizinizin nece deyerler-
"telebe yoldasi", "refiqesi" de..
Men basa dusurem, siz anasiniz,
Ureye sigismir adi heyecan
O eve donunce nigaransiniz,
Evde olanda da menem nigaran..
Bir omur menzili uzun, ya qisa..
Mehebbet, dogmaliq- hansi qedimdir?
O sizin adice qizinizdisa,
O menim yegane seadetimdir..
Siz de heyransiniz, men de bir qiza
Kimin qapisindan o girmelidir?
Dunya eledir ki, biri tapirsa,
Biri... tebiidir itirmelidir..
Duruluq remzidir sizin qiziniz,
Gozunden oxunur qelbi, ismeti,
Sizin bu sevdada uduzmaginiz
Sizin borcunuzdur, menim qismetim..
Sizin adiniza hormet, ehtiram,
Qadin qarsisinda bas eyir alem
Men de bas eyirem, vidalasiram-
Qiziniz gelecek, men getmeliyem..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Sevgi şerləri