beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Deyim...

Sevgimin karvanı yarıda qaldı,
Mənim məhəbbətim tufana düşdü.
Nə günlər keçirdim sanki xəyaldı,
O sənli günlərim çox tez ötüşdü.

Sevgi əzab imiş, şirin bilirdim,
Artir günü gündən kədərim dərdim,
Bu qorxunc gecədə indi nə edim,
Sənli gündüzlərim çox tez ötüşdü.

Sənsiz qalan qəlbi nəylə bəzəyim,
Aglayan gözlərə indi nə deyim,
Hər gün sevə- sevə sənə dediyim,
"Sevirem" kəlməsi çox tez ötüşdü


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri