beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özün De Yalansan,eşqin De Yalan

Deymesin sözlerim senin xetrine
Sınağa çekmedim inandım sene
Zalım hediyyeymiş sevgim qelbine
Özün de yalansan eşqin de yalan.

Bir qelbi beylece eyledin talan
Daha inanmaram eyleme güman
Sevirem men seni dediyin zaman
Özün de yalansan eşqin de yalan.

Senden ürek yoxdu bir müqevvadır
Söyleme sen mene günüm qaradır
Senin heqiqetin yalnız paradır
Özün de yalansan eşqin de yalan.

Niye düşünmedim öz taleyimi
Ucuz teslim etdim sene qelbimi
Kime söyleyirsen söyle derdini
Özün de yalansan eşqin de yalan.

Yalanla qazandın günahlarını
Hara yozagaqsan de ahlarımı
Yanımda axıtma göz yaşlarını
Özün de yalansan eşqin de yalan.

Ne aciz yaratmış seni tebiet
Bir az cüret ister esil mehebbet
Ezelden yox imiş sende sedaqet
Özün de yalansan eşqin de yalan.

Nece inanmışam göresen sene
Gel mene GÜLÜŞÜM sevgilim deme
Seni unudagaq bu qelb qem yeme
Özün de yalansan eşqin de yalan.

Bu eşq göz yaşıyla eylemez davam
Bextim tek alnıma yazılmış hicran
Dağılsın bu dünya yalandı yalan
Özün de yalansan eşqin de yalan.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 254 Bölmə: Sevgi şerləri