beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bogdum Goz Yashimda Mehebbetimi..

Boğdum göz yaşımda mehebbetimi

Xeyanet bu gece qonağım oldu,
Bu elvan dünyamın regleri soldu,
Kederden qelbime göz yaşı doldu,
Boğdum göz yaşımda mehebbetimi.

Ayaqda saxladı meni intizar
Xezana çevrildi sevdalı bahar.
Kederden göz yaşım yağış tek yağar.
Boğdum göz yaşımda mehebbetimi

Üreyin yerine bağlandı bir daş,
Ne düşmen tanıdım, ne de ki yoldaş
Doluya çevrildi gözümdeki yaş,
Boğdum göz yaşımda mehebbetimi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri