beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səninlə Də Bitirəcəyəm, Ta Ki Məzara Qədər

Sevgi nədir bilməzdim ta ki sənin gözlərini görənə qədər
Səni görüncə titrəmişdi sənin eşqinlə yanan bədənim
Sevgini səndə gördüm, səninlə yaşadım
Səninlə də bitirəcəyəm, ta ki məzara qədər.

Gülər keçərdim, eşq uğrunda ağlayanlara
Məna verə bilməzdim, bağrı yananlara
Sən kibrit oldun, atəş verdin qanayan yarama
Sevgini səninlə bitirəcəyəm, ta ki məzara qədər.

Səndən əvvəl gözlərim görürdü hər yanı
Görə bilməz oldum səndən başqa ciyərim yandı
Gül bağçasında gözlərim gülü deyil, səni axtardı
Sevgini səninlə bitirəcəyəm, ta ki məzara qədər.

Həsrətlə yanmamışdı ürəyim sən var olana qədər
Susamamışdım heç kimə, sənə olan eşqim qədər
Fəryad etməmişdim misralarımda sənə yazdığım qədər
Sevgini səninlə bitirəcəyəm, ta ki məzara qədər.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi şerləri