beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varmı Səndən Gözəli?

Saçların dağların şəlaləsidir,
Yanağın çöllərin al laləsidir,
Gözlərin göylərin piyaləsidir,
Varmıdır gözəli səndən dünyada ?

Qaşların kamandır, kipriyin oxdur,
Bənzərin, təkrarın, oxşarın yoxdur,
Nə olsun aləmdə gözəllər çoxdur,
Varmıdır gözəli səndən dünyada ?

Əllərin qar bəyaz, qardanda bəyaz,
Avazın bülbüldən daha xoş avaz,
Qədəmin dəydiyi yerdə bahar, yaz,
Varmıdır gözəli səndən dünyada ?

Dilinə bal desəm, baldanda şirin,
Nədir bu sehirin, nədir de sirrin,
Gözəllər içində zirvədə yerin,
Varmıdır gözəli səndən dünyada ?

Yaşar vəsf etdi hüsnünü belə,
Çevrilsin nəğməyə, düşsün hər dilə,
Qoy çıxsın ortaya, vardırsa elə,
Vardırsa gözəli səndən dünyada ?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri