beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seve Bilmirsense Sevirem Deme!

Yarı yolda qalacaqsa qismətin,
Gedə bilmirsənsə, gedirəm demə,
Qarışılıqsız olacaqsa həsrətin,
Sevə bilmirsənsə, sevirəm demə.
O, varsa günəşsən, O yoxdusa buz,
Necə ki, səhrada torpaqlar susuz,
Nəfəs alıb yaşayırsan sən onsuz,
Ölə bilmirsənsə, ölürəm demə.
Sevinc dolu yaşadığın illərin,
Sevdiyinlə xoş olduğun günlərin,
Ucuz bildiyin bu eşqin dəyərin,
Bilə bilmirsənsə, bilirəm demə.
Həsrətdən, fikirdən, qəmnən, kədərdən,
Hələ saçlarına düşəcək, ağ dən,
İçində sızlayıb amma ürəkdən,
Gülə bilmirsənsə, gülürəm demə:


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri