beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu Gün... Sonuncu Vida...

Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini.
Quzum, her görüshün son ucu vida
Görürdüm bu günü,
Seninle görüshün birinci günü.

Yolun uğurlu olsun deyirem sene,
Qarshında ömür, gün sınağı durur
Ne deyim, belke de yolunda yene
Menimtek bir sevda qonağı durur.

Gedirsen!
Bu günü saxla yadında,
Yaddashın men veren dersi pozmasın.
Sen ele alısh ki, senin odunda,
Öteri qonaqlar qoy qızınmasın.

Qarshımda ne çeper, ne de ki, barı
Menim de ömrüme belece geldin.
Qelbinde bir çınqı od saxla barı,
Belke bir çırağı yandıra bildin.

Eyil!
Mehebbetin önünde eyil,
Belke bu dünyadan qopara seni.
Taleyin estafet ağacı deyil,
Here bir menzile apara seni.

Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini.
Quzum, her görüshün son ucu vida
Görürdüm bu günü,
Seninle görüshün birinci günü.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 179 Bölmə: Sevgi şerləri