beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağışam Men !

İnsan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən bir
yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni qarə
buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən,
çünki yağışam mən.
Hər gün döyürəm pəncərəsin
sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim
danışam mən,
dilsiz yağışam mən.
İsbat eliyə bilməyirəm eşqimi heç
cür,
Mümkün ki deyil eşqin oduna
alışam mən,
çünki yığışam mən.
Yarın evinin dövrünü dəryayə
çevirdim,
Çox şükr, rəqibin yolunu
bağlamışam mən,
qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə qaytar
məni, ya rəbb
Torpaqlara biryolluğa qoyma
qarışam mən,
çünki yağışam mən.
Fəhmi, mənim eşqim ola bilməz ki,
tükənsin,
Eşq aldı buluddan süzülən bir
yağışam mən,
bitməz yağışam mən


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri