beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dənizlə Söhbət...

Dənizlə söhbət


Dünyadan küsürəm.
İnsanlardan qaçıram.
Yenə saçlarımla küləyə, baxışlarımla dənizə qısılıram.
Nəhəngliyinə, maviliyinə vurulduqca öz köksüm də qabarır.
- Necə də istərdim sənin kimi olum, dəniz...ay dəniz...-pıçıldayıram.

Dalğalar şahə qalxır.
Dəniz qəhqəhə çəkir:
- Mənə həsədmi apardın? – eşidirəm.
- Sənə bənzəmək istədim, - deyirəm.
- Mənim kimi deyilsənmi? – eşidirəm.
- Səndən çox-çox kiçiyəm, - deyirəm.
- Mən də kainatda bir damlayam, - eşidirəm.
- Sənin qədər güclü deyiləm ki, - deyirəm.
Dalğalar coşur.
Qəhqəhələr qulaqlarımı batırır.
- Mən ki zəif bir küləkdən itirirəm təmkinimi?! – eşidirəm.
- Gözəlsən amma...- deyirəm.
- Gözəlliyim – maviliyimdədir...O da səmanın əksidir, gözümə düşür, - eşidirəm.
- Heçmi fərqimiz yoxdur? – soruşuram.
- Yoxdur...İnan ki, yoxdur...
- Mən özümdən qaçmaq istəyirəm, eşidirsənmi? – bağırıram.
- Bəs mən...dustaq deyiləmmi ? – pıçıldayır...
Gözlərim ayaqlarıma çırpılıb bir-birinin ardınca ölən ləpələrdə donub qalır.
Başa düşürəm ki, onlar sahilə can atan, özündən, öz dünyasından bezib qaçmaq istəyən dənizin son ümidləridir, ölür


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri