beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Də ürəyinə Gətirmə Məni...!!!

Bilirdim yerimi axtaracaqsan,
Sənə çox demişdim itirmə məni.
Yorulub yarımçıq atacaqsansa,
Yorğun qollarına götürmə məni!

Sənsiz qırılıbdır qanadım-qolum,
Dumanlar içində azıbdır yolum.
Bir qaya qoynunda çiçək tək solum
Bir də əllərində bitirmə məni.

Çiçək oldum zəhər oldun ətrimə
Şair oldum həsrət oldun sətrimə
Yaşadığım ömrün günün xətrinə
Bir də ürəyinə gətirmə məni!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri