beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sogan Acisi...

Soğan soya-soya ağlayan qadın,
Ömrün soğan kimi acıdı, acı.
Meleksen, qırılıb qolun-qanadın,
Derdi veren Allah vermir elacı.

Gözünden süzülen yaşı kim siler?
«Göz yaşı» dediyin nedi?..... Acı su.
Bir şirin öpüşle başlar sevgiler,
Sonunda hemişe soğan acısı.

O öpüş yandırmaz dodaqlarını,
Soyuyub od dolu o qucaq indi.
Sayar birce-birce barmaqlarını,
Her gece yuduğun qabqacaq indi.

Geler “er” dediyin her geceyarı,
Bir qaşıq xöreyin baxmaz dadına.
Yuxuda dilinden qopan adların,
Biri de benzemez senin adına…

Soğan soya-soya ağlayan qadın,
Gözünün yaşını sile bilmerem.
Neyleyim, men sene özgeyem, yadam,
Neyleyim, yanına gele bilmerem.

Bir sevgi gezirem dünyada men de,
O sevgi hardadı?.. Bilmirem ancaq
….Kim soğan soyacaq menim evimde,
Soğan soya-soya kim ağlayacaq?!....


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 287 Bölmə: Sevgi şerləri