Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
INDI KI....

INDI KI....... Musa Yaqub

Daha külə dönmüş soyuq ocaqdı,
Indi ki, istisi olmayacaqdi,
Indi ki,bəhrəsi olmayacaqdı
Nəyimə gərəkmiş bu sevda mənim,
Nəyimə gərəkmiş o iztirablar,
O dəli həsrətlər,ağir əzablar,
Nəyimə gərəkmiş o yoxuş,eniş,
Mən niyə bu yolu keçməliyəmmiş?
Sınanmaqdan ötrü,
Sinmaqdan ötrü.
Bəlkə dönüklüyün boz sifətini
Bəlkə bir inamın yıxılmagın
Görməkdən ötrümü
Yaşadım belə?..
Öyrənməkdən ötrü ,
Bilməkdən ötrü.
Vəfasız yükünü daşidim belə.Heyif,bir dönuyə ömür sərfimə
Yolun bu başında iztirablarım,
Yolun bu başinda iztirablarim-
Hə, bu da dünyanın sevgi tərəfi,
Faydasız tərəfi,itki tərəfi,
Yəni ki,aldanmış ömür tərəfi.
Rəndəyə gəlməyə,yonqar olmağa,
Taleyin qurumuş agac tərəfi.
Sınanmaqdan ötrü,
Sınmaqdan ötrü
Elə öz odumda yanmaqdan ötrü
Nəyimə lazımmış o iztirablar,
O dəli həsrətlər,ağır əzablar!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 122 Bölmə: Sevgi şerləri
loading...