beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxumağa Deyer..

Görmüsən dünyanın min cür
üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Çarpayı üstünə atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi...
Hardandı boyalı dodaqlarında,
Bu oğraş qəhqəhə, fahişə gülüş ?
Sırğa olmayıbmı qulaqlarında,
Sərxoş kişilərin söydüyü söyüş ?
Bəlkə də nə vaxtsa sən də
sevmisən
Səni də yandıran odun olubdu,
Yaxının olubdu, yadın olubdu ?
Nikotin qoxulu, şampan köpüklü
Gümüş bilərzikli, qızıl üzüklü
Sənintək bəlkə də milyonlarca qız,
Ana yox, birbaşa “qadın “ olubdu.
Çirkli çarpayıda ləkəli işıq...
Sənin dünyandakı həsrət başqadı.
Təcrübə qarışıq, şəhvət qarışıq
Müştəri başqadı, qiymət başqadı.
Üzüyü kim taxıb o barmağına ?
Əmidi yoxsa ki, dayı, bilinmir.
Açarı pul olan “eşq otağına”,
Girib-çıxanların sayı, bilinmir.
Gəlib müştərilər yüz cür biçimdə,
Lənət həm ağına, həm qarasına...
Kişi af-ufları sənin içində,
Qarışıb çarpayı cırıltısına.
Ölsən deyəcəklər günahı çoxdu,
Qadınsan, özünü diri satırsan.
Sən namus satmırsan xəbərin
yoxdu,
Dünyaya gəldiyin yeri satırsan...
Saqqızın şirindi, dilinsə zəhər,
Canınla görürsən gördüyün işi.
Min kişi dadmısan indiyə qədər,
Bananlı, vişnəli, almalı-kişi...
Küçələr tökülür danışığından,
Küçələr dilinə qurdtək daraşıb.
Nikotin alkaqol qarışığından,
Səsin kişiləşib, üzün qırışıb
Keçmiş zamandasan qoca Fahişə.
Hər gecə biri kişi altında qalan,
Döşəmə Fahişə, xalça Fahişə.
Adamlar üstünə çıxıblar ancaq,
Kədərinə ortaq çıxmayıb heç kim.
Çılpaq bədəninə baxıblar ancaq,
Dərdli gözlərinə baxmayıb heç
kim .
Gözəl gözlərini yorğun eləyib,
Quduz kişilərə yoldaş səkilər.
Ehhhh bilsən kimləri pozğun
eləyib,
Bu qəddar səkilər, oğraş səkilər...
Ümid öldürmüsən, sevgi
boğmusan
Əzbər öyrənmisən tənha qalmağı.
Bütün səkilərdə ölü doğmusan ,
Qismətin olmayan ANA olmağı.
Səkinin bacısı, küçənin qızı
Gündoğmaz ölkənin sönmüş
ulduzu,
Hər gecə başına uçulur damlar.
Göyərmiş üzündə, al yanağında,
Yaşıl boyadığın dodaqlarında-
Üçrəngli bayrağı “öpür” adamlar.
Çoxundan millisən azəri qızı..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 219 Bölmə: Sevgi şerləri