beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Dərd

G
öz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizdə batan dərdlər
Bir-bir çıxır su üzünə.

Qazancımız bitdi bizim,
Bu dünyanın dərdi bizim,
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa...
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..


Tarix: 28.05.2013 / 14:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Sevgi şerləri