beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Bir xəfifcə külək əsdi...

B
ir xəfifcə külək əsdi
ürəyimin yanından.
Əsdi ətəyi yellənən
bir nazik qız donundan.

Bu nə gözəl qızdı, Allah,
lap qəbirdə sevməli.
Bir də, bir də doğulmalı,
bir də, bir də sevməli.

Gecələri səhərəcən
dizinə baş qoymalı.
Yuxuda da onu görüb
diksinib oyanmalı.

Əcəl günü, son nəfəsdə
son sevdaya düşməli.
Bir cüt quştək bir qəfəsdə
onunla sevişməli.

Sonra... sonra arxayınca,
kirimişcə ölməli.
- Bəsdi, kiri, axmaq qoca,
gülməlisən, gülməli!..


Tarix: 28.05.2013 / 14:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Sevgi şerləri