Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səma görmək

Səma haqqında yuxu yaxşı əlamətdir. Əgər yuxuda səma aydın və təmizdirsə, sizi şöhrət və xoş səyahət gözləyir.Əks təqdirdə belə yuxu qırılmış ümidlər və qadın iztirablarına işarədir. Yuxuda fantastik heyvanların əhatəsində göydə, səmada uçmusunuzsa, yuxuda və ya ayıldıqdan sonra da olanlardan heyrətlənmisinizsə, bu o deməkdir ki, həyatda qısqanclıq və inamsızlıq ucbatından məyusluq hissi keçirəcəksiniz. Yuxuda qızarmış səma görmək qiyam və ictimai təlaş əlamətidir. Ulduzlu səma o deməkdir ki, həyatda özünüzü təsdiq etmək üçün mübarizəyə qoşulacaqsınız və bu uğurla bitəcək. Yuxuda göy cisimləri ilə aydın, işıqlı sıma görmüsünüzsə bu, yaxşı əlamətdir. Özünüzü göylərdə hiss edirsinizsə, bu yuxu işdə uğur qazanmaq və gözəl imkanlardan istifadə etmək üçün etdiyiniz cəhdin uğursuz olacağına işarədir. Yuxuda səmaya nərdivanla qalxırsınızsa- bu, tezliklə cəmiyyətdə inkişafınıza, lakin bundan məmnun qalmayacağınıza işarədir.


Tarix: 12.04.2014 / 00:37 Müəllif: Ebulfez Baxılıb: 117 Bölmə: S hərfi
loading...