Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saqqız görmək

Yuxuda saqqız çeynəyən adam görmək nahaq yerə təhqirə məruz qalmaq deməkdir. Belə yuxu dostunuzun sizə qarşı şərəfsiz hərəkətinə işarədir. Saqqızın üstünə tapdalamaq halal olmayan bir işə qoşulmaqdır. Qadın belə yuxu görübsə, o yalançı bir adama etibar edəcək. Yuxuda saqqız çeynəyərək onun dadından zövq alırsınızsa, real həyatda öz ambisiyalarınıza görə dostlarınızı itirə bilərsiniz. Saqqızı dartıb uzatmaq işlərinizdə qarışıqlığa düşəcəyinizə işarədir. Əgər saqqızı dartdığınız anda o qırılırsa, vacib işi gördüyünüz vaxt ciddi maneə ilə qarşılaşacaqsınız. Saqqızı şişirtmək boş ümidlərlə özünü ovundurmaq, vaxtını boş yerə xərcləmək və işlərin real vəziyyətindən xəbərsiz olmaq deməkdir.


Tarix: 11.04.2014 / 21:32 Müəllif: Ebulfez Baxılıb: 84 Bölmə: S hərfi
loading...