Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

S hərfiSərnişin görmək

Yuxuda əllərində yük olan sərnişinlər görmüsünüzsə, bu yuxu vəziyyətin yaxşılaşacağına işarədir. Sərnişinlər gedirlərsə, istədiyiniz mülük əldə etmək imkanını itirəcəksiniz. Siz, bu sərnişinlərdən birisinizsə, onda hazırkı həyatınızdan məmnun deyilsiniz və onu dəyişmək üçün əlinizdən gələni etməyə başlayacaqsınız. Ardı »

S hərfiSULAMAQ (suvarmaq)

Yuxuda tarla suvarmaq-bol və bərəkətli məhsul alacağınıza yozulur. Bostanı, göy-göyərtini, çiçək fidanlarını sulamaq-həyatınızda kiçik bir irəliləyiş olacaqdır. Ardı »

S hərfiSƏYAHƏT

Röyada avtomobillə, qatarla və ya uçaqla (təyyarəylə)səyahət etmək-bütün işlərinizin tez və xoş nəticəylə qutaracağını xəbər verir. Atla səyahətə çıxmaq-qazanclı bir işə girişəcəyinizə yozulur. Ardı »

S hərfiSehrbaz, cadugər görmək

Yuxunuzda sehrbaz görmək işlərinizin müsbət tərəfə dəyişəcəyinə, xoşbəxtlik və zənginliyə gedən yolda kömək alacağınıza işarədir. Ola bilsin, siz ailə quracaqsınız və əlaqənizin möhkəmliyi səbrinizdən asılıdır. Ardı »

S hərfiSüpürgə görmək

Yuxuda süpürgə görmək taleyinizdə çiçəklənmə və müsbət dəyişikliklərə işarədir (əgər süpürgə təzədirsə). Süpürgə köhnədirsə, sizi işlərinizdə uğursuzluqlar gözləyir. Yuxuda qadın süpürgəni itiribsə, bu onun pinti, səliqəsiz, tərs arvad, xanım olacağına və bunun ona çoxlu acı gətirəcəyinə işarədir. Ardı »

S hərfiSİRKƏ

Bir dostunuzla aranızın heç nədən pozulacağına işarə sayılır. Ardı »

S hərfiSəs eşitmək

Yuxuda xoş, həlim səs eşitmək barışıq və razılıq əlamətidir. Qışqırıq, kobud səslər xoşagəlməz hadisələrə işarədir. Kiminsə yuxuda ağlaması sizi düşünməyə vadar edəcək: öz yaxın adamınıza zərər yetirmək istəmirsiniz ki? Allahın səsi mənəvi cəhətdən yüksəlmək və öz hörmətini qazanmaq üçün xeyirxah cəhdlərə işarədir.Əgər ana yuxuda öz uşağının səsini eşidirsə, bu o deməkdir ki, o, qəmli hadisələrə hazır olmalıdır. Yuxuda kiminsə xəbərdarlıq səsini eşitmək uğursuzluğun yaxınlaşdığına işarədir. Əgər siz bu səsi tanımısınızsa, çətinliklər ciddi ola bilər. Ardı »