beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd görmək

Yuxuda süd içirsinizsə, bu, fermer üçün zəngin məhsul və evdə bolluğa işarədir. Bu, qadınlar üçün çox xeyirli yuxudur. Çoxlu süd görmək sizi qarşıda gözləyən zənginlik və sağlamlığa işarədir. Südü axıtmaq və ya tökmək sizin yüngül itkilər verəcəyinizə və bir müddət müvəqqəti bədbəxtliklərdən əziyyət çəkəcəyinizə işarədir. Yuxuda turş süd içmək dostlarınızın iztirablarından narahat olacağınıza işarədir. Yuxuda adamların süd içməyə cəhd göstərməsi, lakin buna nail olmaması hansısa vacib şeyi itirməkdən qorunmağınız üçün xəbərdarlıqdır. Yuxuda qaynar süd içmək sonda zənginliyə və arzularınızın həyata keçməsinə nail olacağınız mübarizəyə işarədir. Yuxuda süd gölündə çimirsinizsə, bu da zənginliyə işarədir.

Yuxuda süd görmək, İslam fitrətinə işarədir, süd məşəqqətlərə çəkilməyə əldə edilən maldir. gərək kişi və gərək dişi bir kimsənin yuxuda məməsində süd oldugunu görməsi, o kimsənin mal yığmasına işarədir.

Yuxuda iki məməsindən süd axdığını görsə, dünya o kimsəyə yönələr və bəxti açılar Oyanıqkən məmələrində süd olmayan qadın, yuxuda məmələrindən süd tapıldığını və ya kiçik bir uşağın yaxud kişi bir kimsəni və ya bir qadını əmizdirdiyini görsə, gərək əmizdirən və gərəksə əmən kimsənin bəxt və Talehinin bağlanmasına işarədir, insan südü, həbs, əmizdirən və əmən kimsə üçün də çətinliyin sıxıntının işarəsidir.

Bir kimsə yuxuda uşağına içirmək üçün süd satın aldığını görsə, o kimsənin uşağını öz xasiyyət və əxlaqi kimi tərbiyə edəcəyinə işarədir. bəzi yuxu yozanlar yuxuda bir qadının südünü əmdiyini görən kimsə, mal və qazanc əldə edər, dedilər. bir kimsə yuxuda at südü içdiyini görsə, hökmdar o kimsəyə sevgi bəsləyər və hökmdardan ona bir xeyir çatar. digər heyvan südləri onlardan sağılan miqdarına görə gözəl ruzidir. süd sağmaq, hiylədir. yeni doğulmuş dəvənin südü din fitrətinin. Bundan ötəri bir kimsə yeni doğulmuş dəvənin südündən içsə və ya bir yaxud iki və ya üç dəfə əmsə, o kimsənin yaradıldığı islam fitrətində stabillik etməsinə, namaz qılmasına, oruc tutmasına, zəkat və sədəqə verməsinə işarədir.Süd, içən kimsə üçün halal mal elm və hikmətdir. sağılmış süd, mülk və maldir. bəzi yuxu yozanlar yuxuda bir dəvə sağdığını və onun südündən içdiyini görən kimsə, saiih bir qadınla evlənər. əgər o kimsə evli isə, xeyirli kişi bir uşağı olar, dedilər. yuxuda bir inək sağdığını və südünü içdiyini görən kimsə, kasıb isə zəngin olar. qoyun və keçi südü, alınacaq vergidir. yuxuda qoyun südü içdiyini görən kimsə, xeyrə, rahatlığa, sevinc və fərahlığa çatar. aslan südü onu içən kimsə icin, mal, düşməninə zəfər tapma və insanlara düşmənçilik etməkdir.Pələng südü, onu içən kimsə üçün, düşmənliyini ortaya çıxarmaqdır. canavar südü cinayət, şiddətli qorxu və bir işdə qüvvətdir. onu içən kimsə üçün də dolanışığı zərərdir. bəzi yuxu yozanlar, canavar südü, mal və səltənət, dedilər. yuxuda canavar südü içdiyini görən kimsə, vəzifəyə nail olar və bir şəhər başçının mallarının zorla və təhkim edərək yiyər. İtin südü onu içən kimsə üçün şiddətli bir qorxu və zalım bir kimsənin əliylə çata biləcəyi maldir. bəzi yuxu yozanlar yuxuda itin südünü içən kimsə, qüdrət və qüvvətə çatar və bir şəhər xalqına rəis olar, dedilər. bəzi yuxu yozanlar, vəhşi heyvanların bütün südləri, dincə şübhədir, dedilər. çöl eşşəyinin südü, sonradan yaxşılaşacaq bir xəstəlikdir, dedilər. maralı südü az bir ruzidir. eşşək südü, əhəmiyyətsiz bir xəstəlikdir.Yuxuda eşşek südü içən kimsə, xeyirə çatar. pişik südü yüngül bir xəstəlikdir və düşmənlikdir. bir kimsənin yuxuda bir yerdən süd çıxdığını görməsi, o südün miqdarınca o yerdə qan axıdılacaq bir zülm və fitnənin meydana çıxmasına işarədir. qoyun südü yaxşı bir maldir. Mal südü, zənginlikdir. Qatır südü, çətinlik, şiddət və müsibətdir, insan südü xəstə üçün onu içdiyi zaman Xəstəlikdən şəfa tapmaqdır.
it və pişik südü xəstəlik və ya qorxudur. yuxuda südü bir şeyə əvəz olaraq verdiyini görən kimsə, yaradılış və fitrətini itirər. süd mala, çox ömrə, hamilə qalmağa, sirləri ortaya çıxmasına, elmə və Allahı birlemeye işarədir. xəstə olanlar icin süd, dərmana, ruziyə, heyvana malik olmağa və ya onun xasiyyət və təbiəti əhlaqlanmağa işarədir. Mal, qoyun, dəvə və camış südü, bunlann hamısı toplu mala işarədir. bunlarin qatığı, üzüntüdür. at südü daşa. tülkü və pişik südü, günah işləməkdir. insan südü, ərbabından başqasına verilməsi doğru olmayan bir əmanətdir.


Tarix: 11.04.2014 / 23:16 Müəllif: Ebulfez Baxılıb: 346 Bölmə: S hərfi