beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Qürəyş (Qüreyş) surəsi

.106.
əl-Qürəyş (Qüreyş) surəsi1
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
2.Onlara qış və yay səfərinin müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə,
3.Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər!
4.O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.


Tarix: 21.11.2012 / 15:04 Müəllif: [Ram] Baxılıb: 322 Bölmə: Qurani Kerim