beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Maun (Zəkat) surəsi

.107.
əl-Maun (Zəkat) surəsi1
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü2?
2.O elə adamdır ki, yetimi itələyib qovar3 (haqqını verməz);
3.Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4.Vay halına o namaz qılanların ki,
5.Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6.Onlar (namazlarında) riyakarlıq edər,
7.Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).


Tarix: 21.11.2012 / 15:03 Müəllif: [Ram] Baxılıb: 483 Bölmə: Qurani Kerim