beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu-Ləhəb (Alov atası) surəsi

.111.
Əbu-Ləhəb (Alov atası) surəsi1
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Əbu Ləhəbin əlləri qurusun2, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)
2.(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).
3.O, alovlu atəşə girəcəkdir.
4.Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!
5.Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!


Tarix: 21.11.2012 / 15:00 Müəllif: [Ram] Baxılıb: 452 Bölmə: Qurani Kerim