beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

.112.
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi1
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2.Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!)
3.O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4.Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”


Tarix: 21.11.2012 / 15:00 Müəllif: [Ram] Baxılıb: 436 Bölmə: Qurani Kerim