beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir tanış vardı
Bir tanış vardı

Bir inşaatçı tanışım vardı
Gəlirdi ofsimə hərdən,
Söyləyirdi fikirlərin bu surətdə:
– Əgər olsaydım diaspor başçısı,
Yaradardım dünyanın hər yerində
«Azərbaycan evi».
Eşitdim bu sözləri dəfələrlə.
O bir gün seçildi təşkilata,
Rəhbər oldu –
Bir ölkənin təmsilçiliyinə,
Söz verdi ki, maaş versin
çalışan gənclərə
Verdi bir ay iki nəfərin maaşını.
İkinci ay gəldi
Əllərin ovuşdura-ovuşdura:
– Vallah verə bilmirəm
pulu daha.
Çünki zəbt ediblər
Təzə tikilmiş binalarımı.
Mənsə: – Afərin dedim,
Bu tanışımın «vətən sevgisinə».


Tarix: 04.06.2015 / 17:12 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Qulamrza Səbri Təbrizi