Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qulamrza Səbri TəbriziSəmimiyyət

Səmimiyyət

Böyüklük budur ki,
Əsəbi olanda saxlaya biləsən özünü.
Qoyasan başaqlarının yerinə özünü
Görəsən hərtərəfli məsələni.
Böyükdə xudxahlıq olmaz,
Başqalarına rahatlıq verəsən gərək.
Ruhi azadlığını başqalarının
Hörmətində görəsən.
Başqaları sənə aynadı,
Məhəbbət edərsən, məhəbbət alarsan.
Nifrət etsən, nifrət görərsən.
Ətrafdakı adamlara
məhəbbət etməkdə
Ruhi rahatlıq tapasan. Ardı »

Qulamrza Səbri TəbriziSəhər açılır

Səhər açılır

Səhər açılır,
Gecələrin qaranlığı
çəkilir gözlərimdən.
Bunu görəndə sanki
Mən doğuluram yenidən.
Gecə ilə gündüz arasında –
Biz ləzhələr var ki,
Onlarda sirlər yatır.
Görmüşəm bu ləzhələri
Londonda, Bakıda, Edinburqda.
nsanlar görür bu ləhzələri,
Amma heç kəs kəşf etmir
onları özündə.
Mən uzaqlaşıram bu ləhzələrdən.
Amma onlar əbədi yaşayır təbiətdə,
Bir də insan həyatında. Ardı »

Qulamrza Səbri TəbriziSevgi axan gözlər

Sevgi axan gözlər

Xatırımdıdır səni –
Görəndə ay işığında.
Ay işığı çıraq kimi
şıq salmışdı
həyətinizin hər guşəsinə.
Titrəyirdi ürəyim,
Şikardan qorxan quş kimi.
– Yatıbmı atan, anan? - sordum.
– Onlar qalmaz bu zamana,
qorxma, - dedin.
– Məgər qorxmursan,
görərlər bizi?
– Sevgisi olan gərək,
Düşünməyə bu fikirləri, - söylədin.
İllər keçsə də,
Unuda bilmirəm –
Ay işığının yaratdığı
O ilahi mənzərəni.
Sənin sevgi axan gözlərini. Ardı »

Qulamrza Səbri TəbriziTəbrizi tərk edəndə

Təbrizi tərk edəndə

Təbrizi tərk edirdim
Səhər tezdən, avtobus dolmuşdu.
Vaxt yox idi görüşməyə
bir anlıq.
Gördüm bir kişi əlində
gətirib bir boxça:
«Xanım verib bunları
yetirəm sizə».
Utandım açam boxçanı
dostların önündə,
Mindik avtobusa,
düşdük yola.
Təbrizdən çıxanda
açdım boxçanı
Gördüm doludu çiçəklərlə,
əl işlərilə,
Bir məktub da qoyulub,
«Mən gələ bilmədim,
yolladım qızıl gülləri sənə».
Hələ də xatirimdədir o anlar
Təbrizi tərk edəndə. Ardı »

Qulamrza Səbri TəbriziƏdəbi sual

Ədəbi sual

Bacımın on beş yaşı vardı
ərə gedəndə,
stəmirdi məktəbi tərk edib ərə getsin.
Xatirimdədir –
Məcbur etdilər
stəmədiyi evliliyə.
Toy oldu, zaman keçdi,
Ana, sonra da nənə oldu.
Amma oxumaq arzusu
çıxmadı ürəyindən.
«Niyə qoymadız,
Təhsilimi davam etdirəm.
İndi özümü acız
hiss edirəm».
Həmişə qaldı bu sual
Gözəl bacımın başında. Ardı »

Qulamrza Səbri Təbriziİnsan sevgisi

İnsan sevgisi

Sorurlar məndən –
Nə üçün qaldırırsan,
insanı göylərə?
Bu qədər qiymət
verirsən ona?
Məgər Qərbdə Buşlar,
Şərqdə qan tökən diktatorlar.
İnsan deyillərmi?
– Xeyr, xeyr insan deyil onlar.
Çünki qan tökən, insan olmaz.
İnsan qanı tökənlər,
İnsanı dustaq edənlər.
Anaları ağlar,
balaları yetim qoyanlar.
Hər şeyi pulda görənlər,
Zülm edənlər
Düşüblər insan məqamından
şeytan məqamına.
Yenə də təkrar edirəm,
Tanrı insandan qiymətli
Heç nə yaratmayıb yer üzündə.
Əgər varsa bu dünyada
ilahi sevgi,
O da yalnız insanlardadı. Ardı »

Qulamrza Səbri TəbriziBir tanış vardı

Bir tanış vardı

Bir inşaatçı tanışım vardı
Gəlirdi ofsimə hərdən,
Söyləyirdi fikirlərin bu surətdə:
– Əgər olsaydım diaspor başçısı,
Yaradardım dünyanın hər yerində
«Azərbaycan evi».
Eşitdim bu sözləri dəfələrlə.
O bir gün seçildi təşkilata,
Rəhbər oldu –
Bir ölkənin təmsilçiliyinə,
Söz verdi ki, maaş versin
çalışan gənclərə
Verdi bir ay iki nəfərin maaşını.
İkinci ay gəldi
Əllərin ovuşdura-ovuşdura:
– Vallah verə bilmirəm
pulu daha.
Çünki zəbt ediblər
Təzə tikilmiş binalarımı.
Mənsə: – Afərin dedim,
Bu tanışımın «vətən sevgisinə». Ardı »

Qulamrza Səbri TəbriziSanki tanımırlar

Sanki tanımırlar

Inanmazdım insan
Bu qədər dəyişə bilər.
Vətənimiz azad olandan sonra
Gəldim Azərbaycana.
Tanış oldum alimlərlə,
Öpdülər məni,
Qonaq etdilər sevə-sevə.
Məlumat aldılar,
Övaladlarının Qərbdə
təhsil alması üçün
Kömək aldılar,
Onların hansı universitetə
getməsi üçün.
İllər keçdi
Yenə gəldim Vətənə.
Təəccüb elədim bəzilərinin
Xarakterlərinin dəyişməsinə.
Pul və məqam içində
Özlərini itirməsinə
Sanki tanımırlar adamı əzəldən. Ardı »