beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbrizi tərk edəndə
Təbrizi tərk edəndə

Təbrizi tərk edirdim
Səhər tezdən, avtobus dolmuşdu.
Vaxt yox idi görüşməyə
bir anlıq.
Gördüm bir kişi əlində
gətirib bir boxça:
«Xanım verib bunları
yetirəm sizə».
Utandım açam boxçanı
dostların önündə,
Mindik avtobusa,
düşdük yola.
Təbrizdən çıxanda
açdım boxçanı
Gördüm doludu çiçəklərlə,
əl işlərilə,
Bir məktub da qoyulub,
«Mən gələ bilmədim,
yolladım qızıl gülləri sənə».
Hələ də xatirimdədir o anlar
Təbrizi tərk edəndə.


Tarix: 04.06.2015 / 17:11 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Qulamrza Səbri Təbrizi