beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Belə qəmli-qəmli baxma"

Baharım dönər xəzanə,belə qəmli-qəmli baxma,
Ürəyim gələr fəqanə, belə qəmli-qəmli baxma.

Nə qədər ki,sağdı canım,bu cəhanda aşiyanın,
Bax ümid ilə cəhanə, belə qəmli-qəmli baxma.

Hani məndə tabü taqət ki çəkim bu qədri möhnət,
Məni çəkmə imtəhanə, belə qəmli-qəmli baxma.

Nə cəfadı dözmək olmur,nə cəzadı çəkmək olmur,
Ki canım gələr cəzanə, belə qəmli-qəmli baxma.

Eyləyib qəmin əsiri gülüm Əşrəfi-fəqiri,
Belə qoyma yanə-yanə, belə qəmli-qəmli baxma.


Tarix: 31.03.2013 / 16:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Qezeller