beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yolunda"

Ey dilbərim,iznt et ki, qıyım canə yolunda,
Qurban olaram sən kimi cananə yolunda.

Səndən mənə hər dərdü bəla xoşdu,nigarım,
Qəlbim dağılıb qalsa da viranə yolunda.

Çox yollarını gözləyənin olsa da heç kim
Mən tək dözə bilməz qəmi-hicranə yolounda.

Ey saqi,gətir badəni,insaf elə,qoyma
Həsrətdə qalan gözləri peymanə yolunda.

Namərdin əlilə şərəfü şan ucalınca,
Xoşdur qoyasan başını mərdanə yolunda.

Hər kim ki, tutub haqq yolunu,niyyəti heqqdir
Allah kömək olsun həmin insanə yolunda.

Saleh qəm əlindən meyə qurşandı,nə çarə,
Bir gün çıxacaqdır canı meyxanə yolunda.


Tarix: 31.03.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Qezeller