beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Get-get a pərizad daha bil, sən o deyilsən"

Get-get a pərizad daha bil, sən o deyilsən,
Məcnunu unut, qəlbini sil, sən o deyilsən!

Saçları siyah, mən səni bir Leyli sanıb bil,
Oldum belə bəxti qara zil, sən o deyilsən.

İbni Səlama işvələrin qoy halal olsun,
Olmadı mənim tək o, səfil, sən o deyilsən.

Guya ki, mənimsən, düşünüb bihuş olurkən,
Heyhat, mənə vəhy gəldi qəfil, sən o deyilsən.

Çəkdim o xəyal surətini sevgilərimlə,
Bax, doğmadı mənçün o şəkil, sən o deyilsən.

Bu yol, ucalıb sevgi yolunda yananındır,
Meyl eyləmə, yoldan da çəkil, sən o deyilsən.

Biz ki, bahar övladıyıq, ey isti nəfəslim,
Neyçün soyudun, döndü fəsil, sən o deyilsən?!

Məcnun Ələmi, cox demə canan dəyişildin,
Tökmə daha bülbül kimi dil, sən o deyilsən!


Tarix: 31.03.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Qezeller