beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Gər istəsən ki, fitneyi-aləm oyanmasın"

Gər istəsən ki, fitneyi-aləm oyanmasın,
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın.

Göstər çəməndə nərgisə hər şam gözlərin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəslinə, göstərmə ruyini,
Pərvanə şəmi görsə, nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrari qanmasın.

Canım çıxar çıxanda xətin gülüzardə,
Eylə xətin təraş, qoy ömrüm uzanmasın.

Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın.


Tarix: 31.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Qezeller