beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Zərrələr üz döndərə xurşidi-aləmtabdən"

Zərrələr üz döndərə xurşidi-aləmtabdən,
Dönməyə üzüm mənim ol qaşları mehrabdən.

Tərk edə üz sürtməyi ruyi-zəminə aftab,
Çöhrəyi-zərdim mənim dür olmaya ol babdan.

Uyqudan açılmaya hər şəb kəvakib gözləri,
Xabə varmaq gəlməyə bu çeşmi-pürxunabdən.

Pənbəyi-daği-məlamətdən ola pirahənim,
Nar puşiş qılmasa xakistəri-səncabdən.

İstərisən eyni vəslə irməyi, sərgəştə ol,
Böylə fəhm etdi Xəyali nəğməyi-dulabdən.


Tarix: 30.03.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Qezeller