beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bu ömrü sürməyim üstündə bir həqarətdir " qəzəli

Müctəssi-müsəmməni-məxbuni-məhzuf (əbtər)
MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün (fə'lün)


Bu ömrü sürməyim üstündə bir həqarətdir,
Səninlə həmfikir olmaq böyük cinayətdir.

İnanmıram nə deyirsənsə artıq, ey dünya,
Bu ağzı bir kərə yandırmışam, kifayətdir.

Qocalmısan daha ondandı heç nə görmürsən,
Bu görməməzlik özü yoxsa bir siyasətdir?.

Sənin bu daş-tərəzindən gözüm su içmir heç,
Əgərçi baş verən hər şey deyir qiyamətdir.

Vur, istəsən məni öldür, inanmaram guya
Kiminsə nəfsi ölüb, eşqi sağ-səlamətdir.

Sınaydı çərxi fələk zalımın bu yollarda,
Onun bu gərdişi əslində bir fəlakətdir.

Qaranlıq olsa da, Yasin, yol ağzı, səbr eylə,
O qurban olduğumun eşqi bir hidayətdir.


Tarix: 26.03.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Qezeller