beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bağlandı dərdlərim kürəyimdən zireh kimi " qəzəli

Müzare'i-müsəmməni-əxrəbi-məkfuf-məhzuf
məf 'Ulu məfA'İlu məfA'İlu fA'ilün


Bağlandı dərdlərim kürəyimdən zireh kimi,
Fikrin başımdadır sərin, ahəstə meh kimi.

Qan-yaş gözümdə bərq vurur, ümmidin nuru
Düşdükcə hər dəm üstünə qövsi-qüzeh kimi.

Donmuş yanaqlarımda haçandandı göz yaşı,
Tər gül ləçəklərindəki bir damla şeh kimi.

Versən əgər ümid mənə bir damcı, bir qırıq,
Verrəm bu canı vəslinə can-başla beh kimi.

Eşq içrə Yasinin əzilib şah vüqarı ta,
Gərçi kənardən görünür müştəbeh kimi.


Tarix: 26.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller