beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yerindən az qala qopsun ürək bu səs-küydən " qəzəli

Yerindən az qala qopsun ürək bu səs-küydən,
Qaçır fəzadə tutub baş fələk bu səs-küydən.

Ac arzumun başı səs-küy götürmür, ey könlüm,
Tutub əlindən onun gəl gedək bu səs-küydən.

Əsib ağaclara çırpır başın acıqla yenə,
Nə cür çıxarsın axı baş külək bu səs-küydən.

Başım dolub mənim artıq inanmayırsansa,
Gəl onda mən çəkəni sən də çək bu səs-küydən.

Qucaqlayıb başımı dizlərimdə yalvarram,
Qaçaydım Allahın altında tək bu səs-küydən.

Bu yer düşüb qalası yer deyil, inan, Yasin,
Tapıb adamsız olan yer köçək bu səs-küydən.


Tarix: 26.03.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Qezeller