beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yazdı təbiət dəyişib köynəyin " qəzəli

Səri'i-müsəddəsi-mətviyyi-məkşuf
müftə'ilün müftə'ilün fA'ilün



Yazdı təbiət dəyişib köynəyin,
Gün gütürüb gözlərinin eynəyin.

Sanki yaşıl don geyinib çöl-çəmən,
Dağlar atıbdır başının örpəyin.

Göydə buludlar sıyırıb qurşağın,
Ağzı açılmış elə bil şimşəyin.

Gəldi bahar düz qapının ağzına,
Verdi qış əldən açarın, dəstəyin.

Yasin onu şerdə təsvir edir,
Ayrıca bir ləzzəti var görməyin.


Tarix: 26.03.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Qezeller