beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəcəfqulu bəy Şeyda - Yaradıcılığı

Yaradıcılığı
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,
Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Yaqût ləbindən mənə sən əylə bir əhsan,
Ləbin ləbim üstünə qoy, ey nov-i gül-i xəndan,
Gülbərg tərin əyləgilən yər ilə yəksan.

Dərdü gəmi hicr içrə mənim çoxdu məlalim,
Hansı birini şərh qıhm, əy gül-i alım?
Aşüftə ədən zülf-i siyahındı xəyalım,
Çarə nə olur, dərdimə səndəndi sualim?
Əlhəqq bulunur şəhd-i ləbindən mənə dərman.

Övqat kəçərdi qəm ilə, ləyk vüsalm,
Röyada görürdüm gəcələr əks-i camalm,
Səd şükr Xudaya ki, dönüb fikrü xəyalm,
Tərf-i gülü büstana gəlir sərv-i nihaim,
Can məqdəminə imdi gərəkdir ola qurban.

Dün şərh ələdim dərd-i dilim pir-i muğanə,
Zülf-i siyahın qissəsi çün düşdü bəyana,
Aşüftə, pərişan ələdi halimi şanə,
Döndərdi üzarm həvəsi bağrımı qanə,
Nəy kimi nəvaya gəlib üşşaq ədər əfgan.

Əy məhr-i münəvvər, sənə övsaf nə hacət,
Hər yərdə camalm süxəni türfə həkayət,
Söz çoxdu, budur müxtəsər, əy kan-i lətafət,
İnsafa gəlib əylə özün bircə ədalət,
Vər indi icazə olalım ta sənə məhman.

Əsbab-i tərab məclis ara ta ola bir dəm,
Tarü nəy ü bərbət çalınıb, dəf urula həm,
Sərməst ola zahid Iəb-i məydən, ola xürrəm,
Saqi oluban məy vərəsən sən mənə hər dəm,
Ağûşuma mən onda çəkərdim səni çün can.

Buy-i sər-i zülfün yətirib bad dimağa,
Şövq-i gül-i rüyin məni qalxızdı bu tağə,
Şeyda kimi səbbar olurmu kimsə bu dağə,
Bülbül kimi qonsam, gözəlim, şaxə, budağə,
Görüb deyərlər: -Aşiq-i güldür bu pərişan


xxx

A gül şaxı, yaşıl yarpaq açmısan,
Nə xoş olur, qönçələrin olaydı.
Açılaydı qönçələrdən güllərin,
Sənə məddah bülbüllərin olaydı.

Ətrafına cəm olarlar gözəllər,
İyləyib gülünü, axır üzəllər.
Müəttər bərginlə köksün bəzəllər
Tamaşaçı hеyranların olaydı.

Şaxı gülbən olub sənə mənzilgah,
Məğrur olma yox bəqası onun, ah.
Nolar, olsun aşiq dərdindən agah,
Vəslin dilər müştaqların olaydı.

Ətri gülün bihuş еdər hər kimi,
İylər onu hər kimsə ənbər kimi.
Şəqayiq, nəstərən, süsənbər kimi,
Sən şah, bular gədaların olaydı.

Kеçər fəsli-bahar sənin də dövrün,
Yеtər xəzan, solar rənginə sorun.
Nayab olar aşiqlərdən hüzurun,
Nə sеvilib bu günlərin olaydı.

Diyari-qürbətdə gеdər bülbülün,
Solar ətrafında gülü sünbülün.
Tökülər yarpağın, qalmaz hеç gülün,
Sənə ağlar Şеydaların olaydı.

Əsərləri
Mir Möhsün Nəvvab. Təzkireyi Nəvvab. (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov; Türkcə mətnlərin transliterasiyası: filologiya elmləri namizədi Nəsrəddin Qarayev; Farsca mətn və şerlərin filoloji tərcüməsi: filologiya elmləri namizədləri Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov). Bakı,1998
Poetik məclislər. (toplayanı və tərtib edəni Nəsrəddin Qarayev). (Bakı, 1987)
Şeirlər. (nəşrə hazırlayan: Nailə Mustafayeva). (Bakı, 2006)


Tarix: 03.02.2015 / 12:49 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Qaraqoyunlular