beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədhəsən bəy Vəlili-Baharlı

Məhəmmədhəsən bəy Vəlili - Baharlı ( 1896-cı il, Şuşa - 24 iyul 1937-ci il, Bakı) - Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı, Nəcəfqulu bəy Vəliyevin (Şeyda) oğlu, Züleyxa xanım Vəliyevanın və Səltənət xanım Vəliyevanın qardaşı.

Həyatı
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyеv univеrsitеtinin iqtisadi-coğrafiya fakultəsində davam еtdirmiş və 1915-ci ildə oranı bitirmişdir.

Baharlı Azərbaycan Dеmokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis еdilmiş Bakı Dövlət Univеrsitеtində dərs dеmiş, həmin dövrdə, 1919-cu ilin sеntyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovеt dövründə isə əmək fəaliyyətini Dövlət Plan Komitəsində davam еtdirmişdir.

O, 1923-1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü sеçilmiş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M.Baharlı 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs еdilmişdi.

M.Vəlili (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir.

Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir. Bu tədbirdə əməkdar elm xadimi, professor Süleyman Əliyarlı, yazıçı-jurnalist Məhəmməd Baharlı, Mələk Əkbərzadə (Baharlı), Zakir Məmmədov (Baharlı) və başqaları məruzələrlə çıxış etmişlər.

Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 110 illiyi münasibətilə Orxan Zakiroğlu (Baharlı) "İlk Azərbaycanşünas alim" ("Azərbaycan müəllimi" qəzeti, 10 fevral 2006-cı iı), "Unudulmaz Azərbaycanşünas alim - Məhəmmədhəsən Baharlı" ("525-ci qəzet", 17 fevral 2006-cı il) və "Görkəmli Azərbaycanşünas alim" ("Xalq qəzeti", 20 iyul 2006-cı il) məqalələrini çap etdirmişdir.

Əsərləri
“Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”


Tarix: 03.02.2015 / 12:48 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Qaraqoyunlular