beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşuqələr və ya ikinci qadın..

Cəmiyyətimizin məşuqələrə mənfi baxışına baxmayaraq, məşuqələr və ikinci qadın sözü artıq çoxlarını diksindirmir...

İlk öncə bu sevginin mənfi tərərfindən danışmaq istərdim.
Evli kişi ilə sevgi romanı başlayarkən, qadın öz istəyi ilə yeganə olmayan və ya daha doğru desək, sevimli olmayan qadın olmağa razılaşır. O kişinin öz qadını isə, hər zaman birinci qadın və sevimli qadın olaraq qalır. Məşuqə isə adi , o kişinin oyuncağı, əyləncəsi olur. Əlbətdə çox zaman kişilər öz həyat yoldaşalarından ayrılacaqlarını məşuqələrinə vəd edirlər. Amma bu vədlərin hamısı adi sözlər olur. Çox vaxt kişilərin gəzməyi, ailə həyatının darıxdırıcı olmasından irəli gəlir. Ev, ailə, hər gün eyni şeylər, məişət poblemləri kişilərdə qıraqda özlərinə əyləncə və sevinc axtarmalarına səbəb olur. Məşuqənin yanında problemlər yada belə düşmür.Yalnız həzz və xoş anlar problemləri bir az unutdurur.Bu əlbəttə ki, kişilər üçün yaxşıdır...amma bəs qadın??? hər zaman cəmiyyətin mənfi fikirləri, hamıdan yaşadığın kişini gizli saxlamaq,qorxu hissi, həyata yetməyən boş ümidlər və arzular olur məşuqənin qazandığı. Hər şeydən pisi isə, qadının gəzdiyi evli kişini sevməsidir. Kişilər onsuzda qadınları heç bir vaxt dərindən başa düşməyib.Sevən qadın əzab,ağrı, acı cəkir. Ən pisi isə bağlanır..Kişilər üçün isə, gözəl intim və əyləncə bu əlaqələrin motivi olur.

Bu sevginin mənfı tərəfləri
Əzab
Qınaq
Ləkəli damğası
Bədbəxtlik
Qısqanclıq
Əsəb....
Bunları yaşamağa dəyərmi???


İndi isə bu sevginin müsbət tərərflərindən danışmaq istəyirəm.
İlk öncə sən- xoşbəxtsən...Sevdiyin insanın yanında olması əlbəttə ki,qadını xoşbəxt edir.

İkinci müsbət tərəfi - intimdir.
Müxtəliflik, isti və güclü ehtiraslar, utancaqlığın olmaması, intimual fantaziyaların həyata keçirilməsi, gözəl və bir- birlərinə həzz vermə belə əlaqələrdə intimi arzu olunan edir.
Hər bir görüş sevinc gətirir. Çünki, kişi yalnız əylənməyə və problemlərdən uzaq olmağa gəlir. Çox zaman hədiyyələr, gəzintilər, bir yerdə əyləncələr, birgə restoranlara gediş bu cür əlaqələrdə xoş anlar yaşadır.
Belə əlaqələrin bir müsbət tərəfi də, məişət problemlərinin olmamamsıdır. Qadın ailə kimi gəzdiyi kişinin qayğısına qalmır. Nə yuyur, nə ütləyir, nə hazirlayır, nə ağrınanda qayğısına qalır...Kişilər isə hər zaman məşuqələrinin gözündə özlərini avtoritet kimi, diqqətcil, güclü olmamalarını göstərər. Öz qadınlarına əlbəttə ki,bunları göstərmək və təsdiqləmək lazım belə gəlmir.

Belə əlaqənin müsbət cəhətindən biri də maddi köməklikdir.
Kişilər çox vaxt poliqam olurlar...amma vicdan hissi təkcə kişidə deyil, qadınlarda da olmalıdır. Mən qınamağı sevmirəm. Bir insan kimi başa düşürəm ki, həyatda müxtəlif hadisələr və talelər vardır. Hər bir insan həyatda səhv addım ata bilər, amma gözəl olardı ki, səhvlərdən nəticə çıxara biləydik...

Hamınıza xoşbəxtlik və həyatınızda yeganə qadın olmağı arzulayıram.


Tarix: 12.01.2015 / 17:10 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Qadın dünyası