Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qadın dünyasıQadını ən çox hansı ev işi arıqladır?

Hansı ev işi nə qədər kalori yandırır?

Qidalanma məsləhətçisi və dietoloq Elif Karacaoglu, arıqlamaq üçün idman salonlarına getməyə gərək olmadığı söyləyir. Belə ki, ev işlərinin hər bir ayrı-ayrılıqda kalori yandırır. O, 30 dəqiqliq ev işlərinin nə qədər kalori itkisinə səbəb olduğunu açıqlayıb.

Döşəmi süpürmək və ya silmək: 90 kalori
Ütüləmək və ya yatağı düzəltmək 70 kalori
Tozu silmək, yüksək rəfləri təmizləmək və pərdə taxıb çıxarmaq: 50 kalori
Yemək hazırlamaq və süfrəni düzəltmək: 80 kalori
Qab yumaq: 100 kalori
Şüşələri silmək: 150 kalori
Hamam təmizləmək: 200 kalori Ardı »

Qadın dünyasıTəhsil qızların ikinci xoşbəxtliyidir

Bir çox cahil insanların fikrincə dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. "Qurani - Kərim”də buyrulur : "Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də " Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.

Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. "Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?

Təbii ki, qadının ailə ocağındakı ən başlıca Ardı »

Qadın dünyasıQadınların kişilərdən oğurladıqları

Qadınların kişilərdən oğurladıqları

Bugünkü qadın qarderobu kişi geyimləri ilə doludur.

Heç bilirsiz, kişilərə məxsus olan nə qədər geyim və əşyanı qadınlar "borc olaraq” alıb və bir daha geri qaytarmayıb?

Sarafan
Bu geyimi qadınlar kişilərdən XVII əsrdə oğurlayıb, göründüyü kimi bir daha geri verməmişlər. Amma bir zamanlar sarafan öz formasına görə fars geyimi olan "qolsuz kişi kaftanı” –"sərapa” adlanırdı. İvan Qroznıy da bu şəkildə geyinirdi: " Padişahın əynində bir geyim vardı –kənarları albalı rəngli işləməli al rəngli bahalı sarafan”.

Hündür daban
"Burun hissəsindən pasxa yumurtası diyirlənər, qırmızı daban altından quş uşar”. Bu nə deməkdir? Müasir dəbli hündür daban qadın çəkmələri, bu "qoçaq, cəsarətli kazak Stepan Razin” in çəkmələri barəsindədir. Uzun Ardı »

Qadın dünyasıBəylər bizdən nə gözləyir?

Güclü olun!
Vəzifəsi nə olursa olsun bütün kişilər ayaqları yerə basan və nə istədiyini belə güclü qadınlarla birlikdə olmaq istəyir. Hər vaxt ona qarşı yanaşmalarınızda dəqiq olmağa diqqət edin. Öz fikirləriniz, qərarlarınız və həyatınız olduğunu müəyyən edin.
"Yaxşı qız" rolunu buraxın!
Cinsi istəyi davamlı qarşı tərəfdən gözləməyin.
"Yaxşı qız" roluna bürünən qadınlar, kişilərin çox çox diqqətini çəkmir. Bir az ərköyünlük, bir neçə öpüş və ona edəcəyiniz bir sürpriz ağılını başından ala bilər.
Hər şeyə ağlamayın!
Əhvalınız xarab olduğunda, döyüş əsnasında ya da canınızı sıxan bir hadisə ilə qarşı-qarşıya qaldığınızda dərhal gözyaşlarına sığınmayın. Davamlı ağlayan və Ardı »

Qadın dünyasıQadınlar niyə iri sinə istəmir?

Qadınlar niyə iri sinə istəmir?

Bir zamanlar gözəllik ünsürü sayılan iri sinələr indi qadınların qorxulu kabusuna çevrilib.

Almaniyanın Reqensburq Universitetində aparılan araşdırma ilə böyük sinəli qadınların orta ölçülü sinəsi olan qadınları daha cazibədar hesab etdikləri və özlərini bəyənmədikləri ortaya çıxıb.

İri sinəli qadınların geyim problemləri olur. Büstqalter tapmaq çətin olur, həm də yaxşı, sallanmayan büstqalterlər baha olur.

Üzü üstə uzanmaq sıxıntı yaradır, bel və kürək ağrıları olur.

İri sinələr həmişə yaxşı görünmür. Bir çox qadınlar sinələrində sallanma kimi problemlərlə qarşılaşırlar.

Digər bir problem qaçmaq, idmanla məşğul olmaqdır. İri sinələr bunu çətinləşdirir.

İri sinəli qadınlar kişilərin daha çox baxışına məruz qalır, hətta təcavüz halları yaşayanlar da olur. Buna görə sinələrini gizlətmək yollarına baş Ardı »

Qadın dünyasıQadınlar metroda necə geyinməlidirlər?

Çinin Şanxay şəhər metrosundakı reklamlar əhalini və xüsusilə də metrodan yararlanan xanımları həddən ziyadə sinirləndirib.
"Shanghay Metro” konserninin yeni sosial reklamında şəffaf paltar geyinmiş qadın var. Donunun altından qara rəngli alt paltarı görünən qadının fotosunun altında yazılıb: "Sərnişin qadınlar geyimlərinə fikir verməli, özlərinə və ətrafdakılara sayğı bəsləməli, anormal psixikalı adamları provokasiyaya çəkməməlidirlər”.
Bu reklam metro stansiyalarında və qatarlarda peyda olan kimi çinli qadınlar metro rəhbərliyini seksizmdə, qadınların aşağılanmasında suçlayıblar.
Çinin ən populyar "Weibo” mikrobloqlar servisində reklam sərt tənqidlərə məruz qalıb. Hətta, bəzi xanımlar metroda fləşmob keçiriblər. Onlar başlarına çadra salıblar, üzlərinə niqab tutublar.
"Metro rəhbərliyinin məntiqinə görə, hovuzlardakı qadınların hamısı təcavüzə məruz qalmalıdır. Çünki onlar Ardı »

Qadın dünyasıQadınlar bu hərəkətləri sevmir

Kişilərin çox vərdişləri var: açar şıqqıldatmaq, barmaqlarını sındırmaq, üzlərini didişdirmək… Güclü cinsin nümayəndələri bilmirlər ki, hansı vərdiş qadını ondan uzaqlaşdırır..

Burnunu eşələmək
Siz harada gəldi burnunuzu qurdalamağı xoşlayırsınız. Bu, vərdiş halını alıb. Heç kimdən çəkinmir, utanmır, bunu ayıb da saymırsınız. Amma bilmirsiniz ki, bu, sizi gülməli vəziyyətə salır. Siz əcaib görünürsünüz. Qadınlar belə kişilərin heç nəyə qadir olmadıqlarını düşünür, belələrindən yaxşı ailə başçısı çıxmayacaqlarını deyirlər.

Tüpürmək və islaq əlləri çırpmaq
Qəribə olsa da, bu hərəkəti gözəlliyi, səliqə-səhmanı və təmizliyi sevən kişilər edir. Amma qadınlar bunu sevmir. Zərif cinsin nümayəndələri harada gəldi tüpürən kişilərdən iyrənirlər. Belələri ilə görüşməyi heç bir qadın arzulamır.

Qaşınmaq
Qadınlar kişilərin bu vərdişinə nifrət Ardı »

Qadın dünyasıQadınları əxlaqsızlığa aparan yol budur! [oxuyun]

"Ərim içki düşkünüdür, elə gün olmur ki, içməsin. İki uşağım var, onlara görə dözürəm. Onun içkiyə olan düşkünlüyü ailəmizdə həmişə söz-söhbət yaradır. O, içəndə uşaqlarım həmişə əsəbi, həyəcanlı olur. Neçə dəfə boşanmaq istəmişəm, amma uşaqların sonrakı problemlərini düşünüb boşanmamışam. Əvvəllər özəl yerlərdə, müxtəlif çörək, şirniyyat sexlərində işləmişəm, amma ailə qurandan sonra işləməmişəm. İndi boşansam harda qalacam, onları neçə saxlayacam?. İşləsəm də 200-300 manata kirayə, uşaqların yemək, geyim xərcini ödəyə bilmərəm. Həm də boşanan qadına bizdə pis baxırlar, bir qonşumuz boşanandan sonra adına min söz qoşdular. Qadın məcbur qalıb, evini satıb getdi”.
Müsahibimiz boşanmaqdan qorxduğu kimi, adının açıqlanmasından da çəkinir. Onun qorxuları həm Ardı »