Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlin namizədləri nələri bilməlidirlər?

Gəlin olmağa hazırlaşan qızlar, bunları bilirsiz heç??? ;)
Həyatınızın dönüş nöqtəsi olan toyunuza sayılı günlər qalıb. "Toya necə hazırlaşmalı?” və "Toy ərəfəsində nələr etməli?” suallarına cavab axtarırsınızsa diqqətli olun.
Siz toyunuzun necə möhtəşəm keçməsini istəyir və gözləyirsinizsə, toya dəvət etdiyiniz şəxslər də bunu sizdən gözləyir.
Mükəmməl bir gəlin paltarı, qeyri-adi rəqs, gözəl məkan və təbii ki, seçdiyiniz bəy…
Həyatınızın ən önəmli gününün yaxşı təəssüratlarla yaddaşlarda qalması üçün mütəxəssislər bəzi ipucları veriblər. Onları təqdim edirik.
Çoxlu aksesuarlardan uzaq durun. Bir üzük və sırğanı əlinizdə tutacağınız çiçəklə tamamlayın.
Həddindən artıq makiyajdan qaçın. Parlaq dəri, gözləri cəlbedici göstərən tuj, dodaqlar üçün olan dodaq parıldadıcı gözəl görünüş üçün yaxşı seçimdir.
Toy günü saçınızı açıq saxlamaq niyyətindəsinizsə o zaman qısa duvaq seçin, əgər üzünüz yumrudursa uzun və nazik olanı seçin. Üzü uzun olan xanımlar isə daha həcmli duvaqlar seçməlidirlər.
Çiyin hissəsi açıq olan gəlinliklər toy boyu sizi narahat edər. Hər hərkətinizdə onu yuxarı qaldırmaq məcburiyyətində qala bilərsiniz. Təbii ki, tez-tez onu düzəltməklə heç də xoş olmayan bir görünüş ala bilərsiniz. Bu vəziyyətlə qarşılaşmamaq üçün yaxası bütün olanlara üz tutun.
Seçdiyiniz aksesuarların gəlinliyinizlə uyğun gəlib-gəlməməsinə diqqət yetirin.
Toy günü əldə tutulan çiçəyə bir o qədər diqqət yetirilmir. Amma əslində əlinizdəki çiçəklər sizi tamamlamalıdır. Onu əlinizdə rahat tutmalısınız.
Nikah kəsilərkən qamətinizi düz saxlamağa çalışın. Həmin bütün diqqətlər sizin üzərinizdə olacaq. Əgər həyəcanlanarsınızsa o zaman dərindən nəfəs alıb rahatlanmağa çalışın.
İlk rəqs zamanı da bütün nəzərlər sizdə olacaq deyə rahat olmalısınız. Əgər xüsusi olaraq rəqsə hazırlaşmamısınızsa o zaman nişanlınızın hərəkətlərini izləyin.
Toydan öncə xanımların artıq çəkilərini atmaq istəməsi çox normaldır. Amma ac qalaraq bunu etsəniz toy günü üzünüz solğun görünə bilər.
Gülümsəyin. Dodaqlarınızdan gülüşləri əskik etməyin. Gülüşün ən gözəl makiyaj olduğunu unutmayın. Saxta gülməməyə çalışın və günün özəlliyinin dadını çıxarın.


Tarix: 10.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Qadın dünyası
loading...