beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar nələrə nifrət edir ?

Saqqal, bombeli saç, sinə tükü ... Qadınlar kişilərdəki bu və bənzəri 20 xüsusiyyətə nifrət edir.
Boxer jurnalı, səssiz qalan qadınların tərcüməçisi oldu, "qüsur" lardan ibarət olan 20 maddəlik siyahını yeni sayında səhifələrinə daşıdı.

Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri, digər yerlərinin də təmiz olduğu havası yaradaraq qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri-üyrü və içində qara lentlər halında çirklər saxlayan dırnaqlarla bəzənmiş bir əli heç bir qadın tutmaq istəməz.
Burun tükü: Nəfəs alarkən tozun qaçmasını maneə törədən bu faydalı tüklər, təəssüf ki, burundan fışkırma nöqtəsinə çatanda qadınları diksindirməyə başlayır. Çünki nəfəs alıb verərkən belə o tüklər hərəkət edir. Amma çarəsi yox deyil. Texnologiya inkişaf etdi, sırf bu iş üçün hazırlanmış maşınlar çıxdı.
Uzun bığ: Üzün şəklinə görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə görünüşünüzü dəyişdirəcək, amma bunların uzunluğuna diqqət yetirməlisiniz. Bir qadının qarşısında burma bığlarınızla şorba ya da ayran içirsinizsə halınız xarab olacaq! O qadın nə edər? Qalxmaz süfrədən?
Qulaq tükü: Müzakirəyə belə ehtiyac yoxdur. Qulaq tükləri bir canavar kimi çıxırsa dərhal kəsməlisiniz. Edə bilmirsinzsə, burun tükü cihazlarının eyni zamanda qulaq tükü kəsmək üçün də istifadə edildiyini bilin.
Kürək tükləri: Apolet kimi uzanmış çiyin tüklərini və kürəkdəki kürkdən qurtulmaq məcburiyyətindəsiniz. Çünki istisnasız bütün qadınlar bunlara nifrət edir. Qadınlar bir tük yumağına sarılmaq istədikləri zaman yataq otaqlarında baş küncə qoyduqları peluş ayıya sarıla bilirlər.
Slip mayo: Amerika sahillərində slip geyən bir kişi görüldüyündə belə deyərlər: "Ya Alman ya da gey ..." Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip mayoları yox etməlisiniz.
Sarı dişlər: Bazarda hər növ növ diş pastası varkən hələ sarı dişlərlə gülməniz pisdir. Unutmayın ki, siz necə qadının gülüşünə diqqət edirsinizsə, o da sizin gülüşün diqqət edir. Əvvəlcə siqaret çəkirsinizsə dərhal buraxın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın.
Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da müalicə lazım olan çürük bir dişdən irəli gəlir ola bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa həkimə görünün. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi qoxu yayıcı yeməklərdən uzaq durun. Ağız spreyi ya da nanəli saqqız da problemi həll edər.
Şalvardan görünən alt paltarı: Bəli, aşağı belli şalvarlar modadır, amma bunların içinə geydiyiniz paltarlar da əhəmiyyətlidir. Heç bir qadın şalvarın içindən görünən ağ alt paltarını görmək istəməz. Aşağı belli şalvarda istər istəməz alt paltar görünəcək.
Qızıl bijüteriya: Çox varlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikiri de: "Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır." Barmaq qalınlığında qızıl bir boyunbağı və ya barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.
Televizor idarəedicisi: Televizor idarəedicisi kişinin əlinə düşdüyü an qadın üçün kişi gözdən düşər. Bir qadının bəlkə də kişidə ən dözüm bilmədiyi şey edə bilmədiyi şeydir, hansı kanalda idman müsabiqəsi varsa kanalı o istiqamətdə çevirən bir kişi yoldaşdır.
Təsbeh: Hələ təsbeh çəkirsinizsə dərhal buraxın onu əlinizdən. Çox lazımsa təcili olaraq əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çəkən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.
Ucuz qoxu: Ümid edirik hələ tütün qoxulu ətir istifadə etmirsiniz. Əgər ətiriniz yoxdursa odekolon da istifadə etməyin. Kişilərdə odekolon mövzusu qadınları rəsmi olaraq eyni qütblü maqnitlər kimi itələyir.
Həddindən artıq əzələli: Həddindən artıq əzələli bədənli kişilərə əsla etina etməyin! Çünki qadınlar bu tip bədənli kişilərdən heç xoşlanmazlar. Normal bir bədəniniz olsun, qarnınız olmasın. Amma idman salonunda 500 kilo ağırlıqla bench-press edən kişilər əsla seksual deyil.
İri qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınlı gəzməyi istəməzsiniz təbii ki. Qidalanmanıza diqqət yetirin.
Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da bədəni təmiz iy verən bir kişini cazibədar görərlər. Tər qoxusu isə böyük bir təhlükədir. Əvvəlcə həddindən artıq tərləməkdən şikayətçisinizsə hormonlarınızla əlaqədar bir problem ola bilər. Əvvəl bir həkimə gedin. Əgər bir narahatlığınız yoxdursa, hər gün duş alın və antiperpöirant istifadə edin. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz. İslanınca rəngi dəyişməyən, yəni tərlədiyinizi sizi ələ verməyəcək geyəcəklər seçin.
Ağ şalvar: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan qaçının. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80-ci illərin "Miami Vice" zamanlarında qaldı. Ağ şalvar geyənləri qadınlar ilk baxışda qınayır.
Hundur dabanlı ayaqqabı: Bilmirik hələ aranızda belə ayaqqabı geyən var? Əgər varsa da dərhal unudun o ayaqqabıları. Boyunuz sizə görə qısadırsa qoy belə də qalsın. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla belə ayaqqabı geyiməyin.
Jele yumağı olan saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər, bütün qadınları diksindirir. Saçlarınız həmişə təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə formaya salın.
Rəngli linza: Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl görünə bilər, amma əhəmiyyətli olan təbii gözəllikdir. həmdə qadınlar təbii kişilərdən xoşlanar.


Tarix: 10.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Qadın dünyası