Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların yeni trendi: Kəpənək və qalstuk

Qadın olaraq ən çox etdiyimiz şeylərdən biri də dəyişiklikdir. Əhvalımız pozulduğunda ürəyimiz darıxdığında şübhəsiz ki, bir şeyləri dəyişdirərik, yeni şeylər ortaya çıxarmağa çalışarıq. Bu səfər də yeni tərz yaratmaq istəyən qadınlar dərhal ərinin paltar şkafını açsın və 2014-ün yeni trend geyimini kəpənək ya da qalstukla kombinləsin. Qadın qalstuk taxmaz deməyin!

Pencəyin içinə ya da yalnız köynəyinə qalstuk taxmaq kişiləri nə qədər seksual göstərirsə qadınları da o qədər seksual və ciddi görünməsinə köməkçi olur. Bəzilərimiz onsuz da qız olsaq da tələbə ya şagird olduğumuz vaxtlarda pencək və qalstuk taxma vərdişinə malikik. Ya da bu təcrübəni həyatlarında bir dəfə də olsa yaşayan insanlar var. Bir zamanlar şagirdlər üçün qalstuk taxmq vacib idi. O vaxtlar şalvar geyilmirdi.
Bir neçə il sonra qızlar şalvar geyinə bildi. Qlstuk pencəklə bir bütünlük meydana gətirir. Siz də mənim və digər moda təqibçiləri kimi qalstuka normal baxırsınızsa köynəklərinizi kəpənək ya da qalstukla tamamlamaqdan qorxmayın və öz tərzinizə istədiyiniz kimi istiqamət verin.


Tarix: 10.01.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qadın dünyası
loading...