beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və kişi vücudunun ən cazibədar hissəsi hansıdır?

Neuroloqlar vücudun ən cəzbedici olan və olmayan bölgələrini müəyyən edib.
Johannesburqdakı Bangor və Vitvatersrand üniversitetinin araşdırma qrupu cinsəl cazibə haqqında vücudun 41 erogen bölgəsini təhlil edib.

Araşdırmanın nəticələrinə görə qadınların ən cəzibədar bölgəsi dodaqlar olub. Qadınların dodaqlarından sonra boynu ən cəzbedici bölgəsi seçilib. Kişilərdə də ilk yerdə dodaqlar dayanıb. Araşdırmanın nəticələri Neurologiya jurnalı "Cortex” də çıxıb. Araşdırmanın maraqlı məqamı isə qadın ayaqlarının cəzbedici olmaması üzə çıxıb. Kişilərin isə qolu cəzbedici və erotik hesab olunmayıb.

Eyni zamanda araşdırma bu günə qədər kişilərin bədənində düşünüldüyündən çox erogen bölgənin olduğunu açıqlayıb. Belə ki, araşdırma kişilərin də bədənində qadınlarda kimi 41 erogen bölgənin olduğu təsdiqləyib. Bangor universitetinin professoru Oliver Turnbul mövzu ilə bağlı fikirlərini bölüşüb. "Çoxları qadınların vücudunun enerji ilə dolu olduğunu, kişilərdə isə bir erogen bölgə olduğunu düşünürdü”.

Qadın və kişi bədənində ən cəzbedici bölgələr bu cür sıralanıb:
Dodaqlar və ağız 10 baldan 7.9 bal alaraq ilk yerdə dayanıb. Boyun 7.5 balla ikinci yerdə dayanıb. Sinə və döş ucları isə 7.3 bal ala bilib. Ayaqlar isə 1 bal alaraq cəzbedici hesab olunmayıb.

Kişi bədəninin ən czbedici bölgələri:
Kişilərdə də ən cəzbedici bölgələr eyni olub. 7 balla ağız və dodaqlar başda gəlib. Boyun 5.6 bal, döş ucları isə 4.8 bal alıb. 4-cü yerdə isə 2.08 balla bel dayanır.


Tarix: 10.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qadın dünyası