beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylər bizdən nə gözləyir?

Güclü olun!
Vəzifəsi nə olursa olsun bütün kişilər ayaqları yerə basan və nə istədiyini belə güclü qadınlarla birlikdə olmaq istəyir. Hər vaxt ona qarşı yanaşmalarınızda dəqiq olmağa diqqət edin. Öz fikirləriniz, qərarlarınız və həyatınız olduğunu müəyyən edin.
"Yaxşı qız" rolunu buraxın!
Cinsi istəyi davamlı qarşı tərəfdən gözləməyin.
"Yaxşı qız" roluna bürünən qadınlar, kişilərin çox çox diqqətini çəkmir. Bir az ərköyünlük, bir neçə öpüş və ona edəcəyiniz bir sürpriz ağılını başından ala bilər.
Hər şeyə ağlamayın!
Əhvalınız xarab olduğunda, döyüş əsnasında ya da canınızı sıxan bir hadisə ilə qarşı-qarşıya qaldığınızda dərhal gözyaşlarına sığınmayın. Davamlı ağlayan və bir şeylərdən şikayət edən qadın kişiləri heç maraqlandırmır. Sizə reaksiyanızı bildirməyin demirik, yalnız davamlı qətiyyətsizlənməyin.
Orgazm təqlidi etməyin!
Yataqda məmnun deyilsinizsə bunu ona açıq açıq söyləyin. Orgazm təqlidi etmək kişilərə ən itələyici gələn hərəkətlərdən bir dənəsi. Onun yerinə yataqda nə istədiyini bilən qadınlar kimi davranın və həqiqətən orgazm olmanızı təmin edəcək hərəkətləri ona təsvir edin. Çünki kişilər yataqda danışan və özündən əmin olan qadınlara huşunu itirər.
Aşbaz olun!
Yumurta qırmağı belə bacara bilməyən qadınlar kişilərə heç cazibədar gəlmir. Çox kişi, ən az anası qədər gözəl yemək edən qadınlarla birlikdə olmaq istəyir. Ona hər vaxt gözəl süfrələr və gözəl yeməklər hazırlayın.


Tarix: 10.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Qadın dünyası