beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

'Bu gün nə geyinsəm' dərdinə son verin

Stil Məsləhətçisi Melike Çarpatan izah edir.
Niyə geyim şkafımız dolub daşarkən, hələ də geyinəcək heç bir şeyimiz yoxdur?
Dünyadakı bütün qadınların ortaq problemi budur. Qorxmayın, heç birimiz tək deyilik..
Hər səhər eyni ssenari, dolu olan şkafımızı açarıq və geyinəcək heç bir şeyimiz yoxdur deyər, şkafı geri bağlayar üstünə birdə əsəbiləşərik. Tanış gəlir elə deyilmi?

Niyə yoxdur bilirsiniz?
O qədər dolu olan şkaflarımızda paltar tapa bilmirik ona görə. Nəyimiz var, nəyimiz yox xatırlamırıq. Hətta o qədər çox paltarın içində hər şeyi görə bilmədiyimiz üçün daha əvvəl adığımız bir paltarın bənzərini də ala bilirik.
Bu qədər çox paltar ilə şkafımızı mütəşəkkil edə bilmirik. Əslinə baxsanız o şkafdakı paltarların yarısını geyinmirik. Ya modasının keçdiyini düşünürük, ya da kökəlirik və paltar əyinimizə olmur. Amma biz hələ də, paltarları saxlayırıq.
Bu qədər çox paltar eyni yerdə mühafizə edilərkən,sıx-sıx yerləşdirilən bu paltarlar, köhnəlmiş hissi verir. Beləcə bunları geyinmək üçün həvəsimiz olmur.
Buna görə geyinəcək paltarımız olmur.

Nə etməliyik? Hər səhər günümüzü mənfi təsir edən bu problemdən necə xilas ola bilərik?
Mağazalarda məhsulları müəyyən bir nizam içərisində görərik. Məhsullar, rənglərə görə, tərzlərə görə ayrılmışdır və məhsulların hamısını rahatlıqla görə bilərik. Amma evdəki şkafımızın içini də mağaza nizamına çevirə bilərik.
Əvvəlcə etməmiz lazım olan təcili bir gardirob detoksudur. Bunun üçün yarım gününüzü ayırmanız şərtdir. Bütün paltarlarınızı təcrübədən keçirin, üzərinizə böyük gələn ya da üzərinizə dar gələn bütün paltarları bir kənara ayırın. Əgər qıya bilmədiyiniz bədəninizə olduğunda geyinmək istədiyiniz geyimlər varsa bunları garderobunuz da deyil, başqa bir yerdə saxlayın. Çünki sizə olmayan bu geyimlər garderobunuzda çoxluq təşkil edir. Unutmayın ki, əgər bir paltarı bir ildir geyinmirsinizsə onu bir daha geyinməzsiniz. Dərhal başqasına verin.

Modası geçən, geyinməkdən xoşlanmadığınız geyimləri də şkafınızdan təmizləyin. Sevdiyiniz və tam bədəninizdə olan paltarlar ilə baş-başa qalın.
Bu mərhələdən sonra, garderobunuzu təşkil etmək və ehtiyaclarınızı təyin etmək üçün isə yalnız bir neçə saata daha ehtiyacınız var.
Şkaf nizamınızın necə olmasını istəyirsiniz, rənglərə görə ayrım, tərzlərə görə ayrım, kombinlərə görə ayrım, həyatın həyat sahələrinə görə ayrım, necə istəsəniz təşkil edin artıq. Hətta bütün paltarlarınızı nəzərdən keçirdiyiniz üçün eyni anda fərqli kombinlər yaratmaq sizə zaman qazandırar.
Ayırdığınız və saxlamaq istəmədiyiniz paltarlar üçün kiçik bir təklif; ya ehtiyacı olan birinə verin ya da kiçik bir oyun oynayın, bunları evininiyin salonuna asqılar ilə asın, üzərlərinə kiçik simvolik qiymət etiketləri yerləşdirin. Rəfiqələrinizi evinizin salonundakı mağazaya çağırın. Bütün rəfiqələriniz bunu sırayla etsin. Qazandığınız pul ilə rəfiqələrinizə qonaqlıq verə bilərsiniz ?


Tarix: 10.01.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Qadın dünyası