Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qartal görmək

Yuxuda başınızın üzərindən qartal uçubsa, bu yüksək məqsədlərinizi həyata keçirmək üçün ümidsiz mübarizəyə işarədir. Bununla yanaşı, mübarizə qələbə və istəklərinizin həyata keçməsi ilə başa çatacaq. Yuxuda göydə pərvaz edən qartala baxırsınızsa, mümkün ola biləcək istəklərinizin gerçəkləşməsinə işarədir. Yuxuda qartal balaları olan yuva görmək işlərinizdə uğurlar və nüfuzlu adamlarla möhkəm iş dostluğuna işarədir. Yuxuda qartal öldürmək uğura gedən yolda sizə mane olan bütün əngəlləri dəf etmək üçün qeyri-adi qərara işarədir. Yuxuda ölü qartal görmək sizin bütün qazanclarınızı əlinizdən alacaq faciəli hadisəyə işarədir. Qartalın çiynində oturmaq yaxşı öyrənilməmiş uzaq torpaqlara maraqlı səyahətə və bundan çox şeylər öyrənəcəyinizə işarədir.


Tarix: 04.04.2014 / 22:17 Müəllif: Ebulfez Baxılıb: 75 Bölmə: Q hərfi
loading...