Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏLƏM

Yazı yazmaq üçün istifadə edilən qələmi yuxuda görmək-elmə, Allah əmrinə və uşağa yozulur.
Röyada bir qələmə malik olduğunu görən adam elm, bilik sahibi olacaq. Əgər o qələmlə yazı yazdığınızı görsəniz, yazacağınız əsərlər anlamına gəlir.
Bir kimsə röyasında əlində və ya yanında qələm olduğunu görərsə, bu yuxu onun qardaşıyla bir yerdə olacağına və əgər anası hamilədirsə, oğlan uşağı doğacağına işarə sayılır.
Bir varlı yuxuda əlində dövlətdən aldığı bir qələm olduğunu görərsə, bu-ucalığı, qüdrəti, mötəbər əmri ifadə edir. Əgər röya sahibi vəzifədən götürülmüşsə, bir şəhərə vali və orda hökmü keçərli olur.
Röyada qələmin mürəkkəb içərisinə batırdığını görən adam çirkin bir işə girişəcək.
Yuxuda qələm, eyni zamanda, hökmdara, alimə, dil və qılıncla özünə şərəf, şöhrət təmin edən, hökümü icra edən şəxsiyyətlərə və qəhrəmanlara da yozulur.
Röyada görülən qələm-comərdlik və xeyirxahlıq, insanın sirr sahibi olmasını, yaxud düşməni üzərində zəfər çalacağını ifadə edir.


Tarix: 12.04.2014 / 14:18 Müəllif: Ebulfez Baxılıb: 119 Bölmə: Q hərfi
loading...