beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qapıda...
Qapıda...

Oğlanlarımın ayaqqabıları
toyuq balaları tək
mənim ayaqqabımdan
həmişə bir qarış
arxada dururlar.
Mənim ayaqqabım kimi
böyümək, bir az da irəli çıxmaq
həsrətindədilər.
Bunu qorxmuş adam kimi
bənizlərinin qaçmağından bildim.
Ona görə də ayaqqabılar
hər axşam burunlarını
içəri soxub
oğlanlarımın ayaqlarından
xəbər tutmaq fikrindədilər.


Tarix: 04.06.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Qəşəm Nəcəfzadə